Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3% artaraq 74670,8 milyon manat və ya hər nəfərə orta hesabla 7319,4 manat olub.
Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Dövr ərzində əhalinin sərəncamında qalan gəlirləri 65667,6 milyon manat təşkil edib.