RU

Türkiyə Prezidenti: Suriyanın dirçəlməsi üçün Aİ və digər beynəlxalq təşkilatların dəstəyinə ehtiyac var

Türkiyə

Beynəlxalq ictimaiyyət təəssüf ki, 13 il ərzində Suriya xalqı qətliama məruz qaldığı zaman lazım olan dəstəyi vermədi.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bundan sonra Suriyanın dirçəlməsi üçün qonşu, dost ölkələr, həmçinin Aİ və digər beynəlxalq təşkilatların dəstəyinə ehtiyac var.

Ərdoğan Suriya məsələsində ölkəsinin əsas ölkə rolunu oynadığını vurğulayaraq, Ursula von der Leyen ile danışıqları zamanı Suriyanın ərazi bütövlüyü məsələsində ortaq fikirə sahib olduqlarını əlavə edib

Избранный
25
xalqcebhesi.az

1Источники