RU

Ombusdman Suroyadan repatriasiya olunmuş 70 Azərbaycan vətəndaşına dəstək göstərib

2024-cü ilin ötən dövrü ərzində Ombusdman və onun nümayəndələri tərəfindən Suriyadan repatriasiya edilmiş 70 nəfərlə görüş keçirilib və onlara bir sıra istiqamətlər üzrə dəstək göatərilib. Bu barədə Ombusdman Aparatının yaydığı məlumatda deyilir.

Bildirilib ki, yardım göstərilənlərin 54-ü uşaqdır. Yerdə qalan 16 nəfər isə qadındır.

Məlumatda həmçinin uşaqların Azərbaycana qayıtması üçün zəruri sənədlərin hazırlanması və digər məsələlər həll edildiyi də açıqıanıb.

"Ombudsman və onun nümayəndələri tərəfindən Suriya Ərəb Respublikasından repatriasiya edilmiş Azərbaycan Respublikası vətəndaşlarından 54-ü uşaq, 16-sı qadın olmaqla 70 nəfərlə görüş keçirilmiş, onların hüquqlarının təmini vəziyyəti öyrənilib. Repatriantların hüquqlarının təmin olunmasına dair Ombudsmana ünvanlanan müraciətlər üzrə müvafiq qurumlarla əməkdaşlıqda lazımi tədbirlər görülmüşdür. Görülmüş tədbirlər nəticəsində müraciətlərdə qeyd olunan əsasən uşaqların doğum haqqında şəhadətnamələrinin, sosial yardımın verilməsi, psixoloji dəstək xidmətlərinin göstərilməsi və digər bu kimi məsələlər təmin edilib",- məlumatda deyilib.

Bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev açıqlamasında bildirib ki, Azərbaycan Suriyaya hər cür humanitar dəstək göstərilməsi üçün hazırdır.

Bir neçə gün öncə Prezidentin köməkçisi Hikmət Hacıyev də jurnalistlərə açıqlamasında söyləyib ki, Azərbaycan Suriya ilə dostluq münasibətlərini quracaq. 
 
Gülnar Nazimqızıv

www.anews.az
Избранный
37
anews.az

1Источники