RU

Xamenei İsraili məhv etməklə hədələdi

İranın ali lideri bildirib ki, yəhudi dövləti və onun bəzi müttəfiqləri cinayət törətməkdə davam edir və Dəməşqdə hakimiyyət dəyişikliyini müqavimətin sonu kimi göstərməyə çalışırlar.

Turkustan.az xəbər verir ki, Suriyanın işğalı səbəbiylə İsrail sarsıdıcı məğlubiyyətə uğrayacaq, İslami müqavimət qüvvələri mübarizəni davam etdirəcək. Bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei iranlı qadınlarla görüşündə deyib.

“Suriyadakı hadisələrdən istifadə edən ABŞ, sionist rejim və onların bəzi müttəfiqləri cinayət törətməkdə davam edir və Dəməşqdə hakimiyyət dəyişikliyini müqavimətin sonu kimi təqdim etməyə çalışırlar. Qəzza zolağı və Livan mübarizəni davam etdirir: “İsrail Hizbullahın qüvvələrini mühasirəyə almaq və məhv etmək üçün Suriya torpaqlarını işğal etdi, lakin İsrail özü məhv olacaq".

Bildirək ki, dekabrın 10-da İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin Hərbi Dəniz Qüvvələrinin Ərəb Respublikasının hərbi donanmasını faktiki olaraq məhv etdiyini bildirib. Dekabrın 12-də ordunun mətbuat xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Suriyaya bir sıra kütləvi zərbələr zamanı müəyyən edilmiş “yer-hava” raket ehtiyatlarının 90%-dən çoxunu məhv edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
25
turkustan.az

1Источники