RU

"Çelsi" dopinqdə "ilişən" Mudriklə bağlı açıqlama yaydı

Londonun "Çelsi" klubu ukraynalı yarımmüdafiəçi Mixail Mudrikin dopinq testinin müsbət çıxması ilə bağlı açıqlama yayıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi vəziyyəti araşdırır: 

“FİFA bununla bağlı bizimlə əlaqə saxlayıb. Deyə bilərik ki, bütün oyunçularımız müntəzəm yoxlamalardan keçir. Mudrik heç vaxt qanunsuz maddə istifadə etmədiyini təsdiqləyib. Oyunçu ilə birlikdə müsbət testin səbəbini başa düşmək üçün bu vəziyyəti araşdırırıq". 

Mixail Modrik İngiltərə çempionatının bu mövsümündə 7 oyun keçirib, qol vurmayıb. Futbolçunun müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub. Ukraynalının "B" testi də müsbət nəticələnərsə, onu 4 ilədək diskvalifikasiya qərarı gözləyir.

Mirağa

Избранный
4
1
fanat.az

2Источники