RU

Əhalinin bankarda nə qədər əmanəti var? - Rəsmi

2024-cü ilin on ayında əhalinin banklarda 14266,0 milyon manat əmanəti olub. Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı son hesabatda qeyd olunub. 
 
eyni zamanda on ayda ölkədə kredit portfeli milli valyuta ekvivalentində 28779,2 milyon manat olub. Uzunmüddətli kreditlərin həcmi isə 24154,4 milyon manata bəabər olub. 
 
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7%-ni təşkil edib. 
 
2024-cü ilin doqquz ayında əhalinin banklarda əmanəti 14164,0  milyon manat olub.
 
Bundan əvvəl Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, cari ilin on ayında ümumilikdə əhalinin əmanətlərinin həcmi 1,3 milyard manat artıb ki, bu da rekord göstəricidir.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Избранный
18
anews.az

1Источники