RU

Yaxta kirayəsi adı ilə vətəndaşları aldatmaqda şübhəli bilinən şəxslər saxlanıldı

Sosial şəbəkələrdə “rent.yaxta”, “yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslər müəyyən ediliblər.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar:
“Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar. Onların əməlləri ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir. N.Azadov və Ş.Mahmudovanın qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.”
Избранный
2
49
hokm.az

10Источники