İtaliyanın lüks idman avtomobil istehsalçısı “Lamborghini” özünün ilk tam elektrik modelinin təqdimatını təxirə salıb.

İndex.az xəbər verir ki, şirkətin baş direktoru Stephan Winkelmann bu qərarını bazarın hələ hazır olmaması ilə əlaqələndirdi və bu seqmentdə elektrikli avtomobillərə keçməyin hələ vaxtının olmadığını bildirdi.

“Lamborghini” əvvəllər ilk elektrik modelini 2028-ci ildə təqdim etməyi planlaşdırırdı. Bununla belə, şirkət bu tarixi 2029-cu ilə qədər təxirə saldı.