RU

Taleh Ziyadov:“Sahibkarlar səlahiyyətli iqtisadi operator statusu qazanmaq istəyirlər”

Azərbaycanda sahibkarlar Türkiyə təcrübəsində olduğu kimi yaşıl dəhlizdən istifadə etmək və səlahiyyətli iqtisadi operator (AEO) statusu qazanmaq istəyirlər.

Avtosfer.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, Türkiyədə idxal-ixrac əməliyyatlarında ön sıralarda olan 700-dən çox şirkət gömrük işlərinin 50%-ni özləri həyata keçirir.

T.Ziyadov bildirib ki, Türkiyə modeli çərçivəsində gömrük orqanları şirkətləri ilkin mərhələdə yoxlayır və məlumatları qarşılaşdırır: “Əgər şirkət qaydalara əməl etməzsə, ciddi nəticələrlə üzləşir və qara siyahıya düşür. Bu səbəbdən sahibkarlar həmişə şəffaf və qaydalara uyğun şəkildə fəaliyyət göstərməyə çalışırlar. Azərbaycanda tətbiq edilən yaşıl dəhliz sistemi Türkiyə təcrübəsi ilə uzlaşır və artıq bu mədəniyyət ölkəmizdə formalaşmağa başlayır.

O vurğulayıb ki, sahibkarlarla gömrük orqanları arasında etimad və əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət daşıyır: “Yaşıl dəhliz sistemində iştirak edən sahibkarların sayının artması, idxal-ixrac əməliyyatlarının sürətləndirilməsi və şəffaflığın təmin olunması baxımından mühüm imkanlar yaradır. Azərbaycanın bu istiqamətdəki təcrübəsinin inkişafı, həm gömrük orqanları, həm də biznes sektorunun faydası üçün mühüm perspektivlər vəd edir”.

Избранный
14
2
avtosfer.az

3Источники