RU

“Trampın andiçməsindən sonra dollar möhkəmlənəcək” - “Financial Times”

Donald Trampın inauqurasiyasından sonra dolların bahalaşacağı gözlənilir. 

“AzPolitika” “Financial Times”-a istinadla xəbər verir ki, nüfuzlu amerikalı analitiklər belə hesab edirlər.

Hesab olunur ki, Trampın daha zəif dollar tərəfdarı olmasına baxmayaraq, ABŞ dollarının hətta avro ilə paritet səviyyəsinə (yəni 1:1) qədər möhkəmlənəcəyi gözləniləndir: “Tramp uzun müddətdir ki, güclü dolların ABŞ iqtisadiyyatına həddindən artıq təzyiq göstərdiyini düşünür. O, məhsullarını xaricə satmağa çalışan Amerika şirkətləri üçün bunu “böyük yük” hesab edir. Bununla belə, Goldman Sachs, Morgan Stanley və UBS kimi ekspertlər və investorlar Trampın dolları devalvasiya edə biləcəyinə şübhə ilə yanaşırlar”.

Yazıda qeyd olunur ki, dollar artıq oktyabrın əvvəlindən 6,1% möhkəmlənərək 2022-ci ildən bəri ən güclü mövqeyə çıxıb. Bu onunla bağlıdır ki, bazar əvvəlcə Trampın qələbəsinə, sonra isə onun ticarət tarifləri və vergilərin azaldılması ilə bağlı planlarının həyata keçirilməsinə stavka etməyə başlayıb.

“AzPolitika.info”

Избранный
9
azpolitika.info

1Источники