RU

Ərdoğandan SENSASİON AÇIQLAMA: Tükənmiş ölkə ilə qarşı-qarşıyayıq, 13 ildir ki...

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Komissiyasının sədri Ursula Von Der Leyeni qəbul edib. Görüşdən sonra hər iki lider mühüm açıqlamalar verib.
 
Ərdoğan qeyd edib ki, Suriya terror yuvası olmaqdan qurtarılmalıdır və Türkiyə əsas ölkədir:
 
"Aİ ilə təmasda olduğumuz ili geridə qoyuruq. Biz həmişə demişik ki, Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Biz əməkdaşlığımızı davam etdirə bilərik. Leyenlə telefon danışığı apardıq və Suriyanın sabitliyini vurğuladıq. Bu gün biz iştirakçı administrasiyanın yaradılması ilə bağlı razılığa gəldik. Baas rejimi geridə dağıntılar qoyub. Biz 13 ildir münaqişələrdən tükənmiş Suriya ilə qarşı-qarşıyayıq. Suriyanın təkbaşına bunun öhdəsindən gəlmək mümkün deyil. Dəstəklə tez ayağa qalxmalıdır. Beynəlxalq ictimaiyyət 13 ildir ki, kifayət qədər dəstək göstərə bilmir. 12 il yarımdan sonra Dəməşq səfirliyini açdıq. Ölkəni terror yuvası olmaqdan qurtarmaq lazımdır. Bu baxımdan Türkiyə əsas ölkədir".
 
Türkiyə lideri vurğulayıb ki, İsrail bölgədəki təcavüzünə son qoymalıdır.
 
Aİ Komissiyasının sədri Ursula fon der Leyen də çıxışında vacib məqamlara toxunub:
 
"Kritik dövrdə Suriyaya veriləcək dəstəkdən danışdıq, indi addım atmalıyıq. Biz çalışmalıyıq ki, erkən xidmət göstərək. Biz humanitar yardımı 160 milyon avroya çatdırdıq. Türkiyənin sabitliyin əldə olunmasında çox mühüm rolu var. 
 
Türkiyə ilə münasibətlərimiz mürəkkəb olduğu qədər də zəngindir. Bizim iqtisadi əlaqələrimiz daha güclüdür. Aramızda ticarət dövriyyəsi 206 milyard dollara çatıb. Bizim niyyətimiz irəli getmək və güclənməkdir".
Избранный
19
3
moderator.az

4Источники