RU

"Grand Agro" şirkəti “Dayaq” mükafatına layiq görüldü

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə "Grand Agro" MMC, 2024-cü il üzrə “Fəal ixracatçı şirkət” nominasiyasında “Dayaq” mükafatına layiq görülmüşdür.

Mükafatı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov təqdim etmişdir. 

Şirkətin satış şöbəsinin bu uğura töhfəsi xüsusi qeyd edilmişdir.

“Grand Agro” istehsal etdiyi “Olivea Extra Virgin Olive Oil” məhsulu ilə uğurlu ixrac nümunəsi olaraq seçilir. Şirkət zeytun və badam bağlarının sahibidir və yaxın illərdə ərazinin 5000 hektara çatdırılması planlaşdırılır.

2022-2024-cü illər ərzində “Olivea” zeytun yağları Sinqapur, İspaniya, Gürcüstan, BƏƏ, Türkiyə, İsrail, Belarus və Rusiya kimi ölkələrə ixrac edilmişdir. Rusiya bazarında “X5 Group” və “Lenta” kimi iri şəbəkələrdə məhsul 20 mindən çox satış nöqtəsində təqdim olunur.

"Grand Agro" MMC müasir yanaşması və genişlənən ixrac fəaliyyəti ilə Azərbaycanın kənd təsərrüfatı məhsullarını dünya bazarlarında uğurla təmsil etməkdə davam edir.

Fəal ixracatçı şirkət Grand Agro Olivea Extra Virgin Olive Oil zeytun badam
Избранный
26
marja.az

1Источники