RU

Azərbaycanın AQEM-ə sədrliyi əhalisinin inkişafına müsbət təsir göstərməyə yönəlib - XİN

Bakı. Trend:

Azərbaycanın sədrliyi daha güclü Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirə (AQEM) vasitəsilə dövlətlərimizinvə onların əhalisinin təhlükəsizliyinə, inkişafına və rifahınamüsbət təsir göstərməyə yönəlib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun BayramovAsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin(AQEM) Nazirlər Şurasının 7-ci iclasında çıxışı zamanı deyib.

"Birgə işləmək, innovasiyaları mənimsəmək və davamlı inkişafakollektiv öhdəliyimizi gücləndirməklə, biz regionumuz və dünya üçündaha parlaq gələcək formalaşdıra bilərik.

Azərbaycan AQEM-in bu transformativ prosesinə rəhbərlik etməyəhazırdır və biz sülhsevər, firavan və bir-biri ilə sıx əlaqəliAsiya haqqında ümumi baxışımıza nail olmaq üçün bütün üzvdövlətlərlə davamlı əməkdaşlığımıza inanırıq.

Mən bir daha bütün üzv dövlətlərə etimada görə təşəkkür edirəmvə sədrliyimiz boyu səmərəli qarşılıqlı fəaliyyətə ümid edirəm", -deyə C.Bayramov əlavə edib.

Избранный
39
az.trend.az

1Источники