İlkin məlumatlara görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 74 milyard 670,8 milyon manat və ya hər nəfərə orta hesabla 7 min 319,4 manat olub. Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.