RU

AASSA-nın prezidenti: Asiya ölkələri ədəbiyyatı konfransı əhəmiyyətli hadisə kimi yadda qalacaq

Asiya ölkələri ədəbiyyatı ilə bağlı ilk dəfə Bakıda təşkil edilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans olduqca əhəmiyyətli hadisə kimi yadda qalacaq.

AMEA-dan TƏHSİL.BİZ-ə bildirilib ki, bu sözləri AMEA-da keçirilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti professor Əhməd Nuri Yurdusev deyib. Onun sözlərinə görə, bu konfrans yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır. Asiya ölkələri ədəbiyyatına həsr edilən beynəlxalq tədbir aktual məsələlərin müzakirəsinə yol açacaq, məhsuldar və faydalı olacaq.

Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verən professor Əhməd Nuri Yurdusev bildirib ki, AASSA-nın məqsədi Asiya və Avstraliyada elm və texnologiyanın regionun inkişafında böyük rol oynadığı bir cəmiyyət qurmaqdır.

O, AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına üzv seçildiyini və səsvermə haqqının olduğunu söyləyib, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin cari ilin noyabrında AASSA-nın Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında iştirak və çıxış etdiyini xatırladıb. Professor Əhməd Nuri Yurdusev bu böyük elmi təşkilatın komitələrində və tədbirlərində, xüsusilə iqlimlə bağlı layihələrində AMEA alimlərinin daha aktiv iştirak edəcəyinə əminliyini bildirib.

 

Избранный
30
1
tehsil.biz

2Источники