RU

Niderland mərhələsi təqvimdən çıxarılacaq

“Formula-1” üzrə dünya çempionatının Niderland mərhələsi 2026 mövsümünün ardından təqvimdən çıxarılacaq.

“Formula-1”in mətbuat xidməti bununla bağlı məlumat yayıb:

“Uzun düşüncələrdən və müzakirələrdən sonra promouter 2026-cı ildən sonra təqvimdə qalmamağa qərar verdi”.

2024 mövsümündə Niderland mərhələsinin qalibi “Maklaren”in 24 yaşlı pilotu Lando Norris olub. Bu mərhələ 2021-ci ildən bəri Zandvortdakı aerodromda keçirilir. Əvvəllər, yəni 1948-85-ci illər aralığında da Zandvort yarışlara təşkilatçılıq edib.
Избранный
44
football-plus.az

1Источники