RU

Bakıda və Abşeron yarımadasında sulu qar yağacaq - Küləklə bağlı xəbərdarlıq verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən axşamdan 19-da gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, axşam və gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.
Qeyd edilib ki, Azərbaycanın rayonlarında da dekabrın 18-də səhər dağlıq ərazilərdən başlayaraq 19-da gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Eyni zamanda, Bakıda və Abşeron yarımadasında, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Laçın, Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçay, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazaxda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcərdə isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Избранный
12
8
oxu.az

10Источники