RU

ŞAD XƏBƏR – Bu şəxslər dövlətdən əlavə güzəştlər alacaqlar – 2025-ci ildən...

“Əkin sahələrində və bağlarda müasir suvarma sistemlərindən istifadə su resurslarından qənaətlə və səmərli istifadəyə imkan verir, torpağın münbitliyini artırır, gübrələrin sahəyə normaya uyğun və bərabər şəkildə verilməsinə imkan yaradır, həmçinin məhsuldarlığı artırır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə əkin sahəsi və bağlarda suvarma sistemlərinin qurulması dövlət tərəfindən subsidiyalaşdırılır”.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) mətbuat katibi Ruslan Zeynal  açıqlamasında bildirib.

O əlavə edib ki, fermer 20% ilkin ödəniş etməklə öz təsərrüfatında müasir suvarma sistemi quraşdıra bilər: “Sistemin qurulmasına çəkilmiş xərclərin 40%-ni dövlət ödəyir, digər 40% isə banklar tərəfindən kreditləşdirilir. Banklara kreditin əsas hissəsini 60 ay ərzində fermer, faizini isə dövlət ödəyir”.

 

AKİA rəsmisi vurğulayıb ki, dövlət dəstəkli mexanizmdən istifadə edərək təsərrüfatında müasir suvarma sistemlərini quraşdırmaq üçün fermerlər arasında daim təbliğat və təşfiqat işləri aparılır və onlara lazımi bütün köməklik göstərilir.:

 

“Aqrar Subsidiya Şurasının sonuncu qərarına görə, 2025-ci təsərrüfat ilindən başlayaraq birillik və çoxillik əkmələrdə müasir suvarma sistemi quraşdıran fermerlərə əkin sahəsinin hər hektarına görə 60 manat əlavə əkin subsidiyası veriləcək.

 

Bundan başqa ərzaqlıq buğda istehsalı dövlət proqramı çərçivəsində öz sahələrində pivot suvarma (bir xətt üzrə müəyyən bir mərkəzdən suvarma – red.) sistemi quraraq ərzaqlıq buğda əkini aparmaq istəyən fermerlər hər il noyabrın 1-dək Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, müqavilə imzalaya bilərlər. Müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və tədarükçülərə təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat əlavə məhsul subsidiyası verilir”.

Избранный
19
3
tribunainfo.az

4Источники