RU

Subsidiyalarla bağlı Fərmanda dəyişiklik edildi

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanda deyilir:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında (Azərbaycanın Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

“10. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 3.1-1-ci bəndi 2030-cu il yanvarın 1-dək qüvvədədir.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” üzrə:

2.1. 1-ci hissə üzrə:

2.1.1. 1.2.9-cu yarımbəndə “aparılmasına,” sözündən sonra “aqrotexniki xidmətlərdən istifadə edilməsinə,” sözləri əlavə edilsin;

2.1.2. aşağıdakı məzmunda 1.2.9-1-ci yarımbənd əlavə edilsin:

“1.2.9-1. dincə qoyulmuş torpaq subsidiyası – bu Qaydanın 1.2.9-cu yarımbəndinə uyğun olaraq əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Şuranın müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 (bir) il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiya;”;

2.1.3. 1.2.12-ci yarımbəndə “buzova” sözündən sonra “və balağa (camış balasına)” sözləri əlavə edilsin.

2.2. 2-ci hissə üzrə:

2.2.1. 2.4.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.4.1. əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının, həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra – sığortalanmalı olan bitkilər) siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi;”;

2.2.2. aşağıdakı məzmunda 2.4.1-1-ci və 2.4.3-1-ci yarımbəndlər əlavə edilsin:

“2.4.1-1. dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi üçün ərazilərin siyahısının, həmin ərazilərin ardıcıl becərilmə dövrlərinin və onlara tətbiq edilən dincə qoyulmuş torpaq əmsallarının təsdiqi;”;

“2.4.3-1. bitkiçilik sahəsində subsidiyaların tətbiqi üçün torpağın sahəsi və keyfiyyət parametrləri, çoxillik bitkilərin əkin ili, əkilən toxum və tinglər, aqrotexniki tədbirlərin aparılması, müasir suvarma sistemlərinin tətbiqi nəzərə alınmaqla əmsalların fərqləndirilməsi;”;

2.2.3. 2.5-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.5-1. Bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şura tərəfindən əkin subsidiyasının tətbiqi üçün sığortalanmalı olan bitkilərin siyahısı təsdiq edilərkən həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür.”.

2.3. 3-cü hissə üzrə:

2.3.1. 3.1-1-ci bənddə “İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu” sözləri “Bu” sözü ilə əvəz olunsun və həmin bəndə “bitkinin” sözündən sonra “minimum ölçüdən az olmayan əkin sahəsində” sözləri əlavə edilsin;

2.3.2. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

“3.4-1. Dincə qoyulmuş torpaq subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır:

baza məbləği × dincə qoyulmuş torpaq əmsalı = dincə qoyulmuş torpaq subsidiyası

∙ dincə qoyulmuş torpaq əmsalı – müəyyən ərazilər üzrə dincə qoyulmuş torpaqlar üçün Şuranın müəyyən etdiyi göstərici.”;

2.3.3. 3.8.1-ci yarımbəndə “çoxillik əkmələr” sözlərindən sonra “, habelə dincə qoyulmuş torpaqlar” sözləri əlavə edilsin;

2.3.4. 3.12-ci bənd üzrə:

2.3.4.1. birinci cümləyə “çoxillik əkmələr” sözlərindən sonra “, dincə qoyulmuş torpaq subsidiyası ilə bağlı dincə qoyulmuş torpaq sahələri” sözləri əlavə edilsin;

2.3.4.2. ikinci və üçüncü (hər iki halda) cümlələrə ismin müvafiq hallarında “kart hesabı” sözlərindən sonra ismin müvafiq hallarında “(hüquqi şəxsin cari hesabı)” sözləri əlavə edilsin;

2.3.5. 3.13-cü bəndə “aparılması,” sözündən sonra “aqrotexniki xidmətlərdən istifadə edilməsi,” sözləri əlavə edilsin.

2.4. 4-cü hissə üzrə:

2.4.1. 4.1-ci bəndə “buzova” sözündən sonra “və balağa (camış balasına)” sözləri əlavə edilsin;

2.4.2. 4.4.4-cü yarımbənddə “iyun” sözü “sentyabr” sözü ilə əvəz edilsin.

2.5. 5-ci hissə üzrə:

2.5.1. 5.1.2-ci yarımbəndə “çoxillik əkmələrin” sözlərindən sonra “, habelə dincə qoyulmuş torpaq sahələrinin” sözləri əlavə edilsin;

2.5.2. 5.1.3-cü yarımbəndə “yerlərdə,” sözündən sonra “dincə qoyulmuş torpaq sahələrində,” sözləri əlavə edilsin;

2.5.3. 5.2-ci bəndin birinci abzasına “əkmələrə” sözündən sonra “, habelə dincə qoyulmuş torpaq sahələrinə” sözləri əlavə olunsun və həmin abzasda “subsidiyası” sözü “və dincə qoyulmuş torpaq subsidiyaları” sözləri ilə əvəz edilsin;

2.5.4. 5.4-cü bəndin üçüncü cümləsində “DAİM-in mütəxəssisi” sözləri “Agentliyin və ya DAİM-in digər mütəxəssisləri” sözləri ilə əvəz edilsin.

Избранный
29
2
qafqazinfo.az

3Источники