RU

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İsmayıllı rayonunda tədbir keçirilib - FOTOLAR

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində Gənclər Mərkəzi İctimai Birliyi “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı layihə həyata keçirir. SİA xəbər verir ki, İsmayıllı rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib: “Layihənin müddəti 3 aydır. Əsas məqsədi Qərbi Azərbaycanla bağlı həqiqətləri, tarixi şəxsiyyətləri, qədim mədəni irs abidələri və hüquqi faktları sənədli film, bukletlər, kitabçalar, tədbirlərin keçirilməsi və xüsusi geyimlər vasitəsilə daha çox böyük kütləyə çatdırmaq, eyni zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd olunduğu kimi, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etməkdən ibarətdir".

Tədbirdə çıxış edən İsmayillı rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Nəsimi Teymurov, Regional Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin əyani şöbəsinin müdiri Elmir Ağayev Gənclər Mərkəzi İctimai Birliyinin layihəsinin əhəmiyyətindən, Qərbi Azərbaycanın tarixi, mədəni irsi, tarixi şəxsiyyətləri, hüquqi sənədləri, müxtəlif illərdə həyata keçirilən deportasiya və bu müddət ərzində vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasını şərtləndirən məsələlərdə ictimai rolun artırılması barədə fikirlərini bildiriblər.

Tədbirdə layihə çərçivəsində hazırlanan sənədli film nümayiş olundu, bukletlər, dəftərxana ləvazimatları və geyim dəsti paylanıb.

Избранный
7
21
sia.az

10Источники