RU

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzərində işləyir

Bakı, 17 dekabr, AZƏRTAC

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketinə dair məsləhətləşmələr aparır.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.

“İtaliya sanksiyalar baxımından öz rolunu oynamağa davam edəcək. Biz bu yaxınlarda 15-ci sanksiya paketini dəstəklədik. Hazırda 16-cı paket üzərində iş gedir”, - deyə Meloni İtaliya parlamentində çıxışı zamanı bildirib.

Avropa İttifaqı bazar ertəsi günü 15-ci sanksiyalar paketini dərc edib. Həmin paket xüsusən neft və maye qaz daşıyan bir sıra tankerlərə qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tutur. Bundan əlavə, Avropa İttifaqı sanksiya siyahılarını yeniləyib, oraya onlarla fiziki və hüquqi şəxsin adlarını əlavə edib.

 

Избранный
31
10
azertag.az

10Источники