RU

Bu mərkəz KİV üçün təlim keçirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib.

Sitat.info xəbər verir ki, “Övladlığa götürmə sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilən təlimdə 15 media qurumundan jurnalistlər iştirak edib.

Media nümayəndələrinə “Azərbaycanda himayədar ailə qayğı modeli haqqında geniş məlumat verilib. Bildirilib ki, məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır.

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Избранный
8
8
sitat.info

10Источники