RU

Politoloq: “Türkiyə Suriyanın təbii sərvətlərinin neo-imperialist qüvvələr tərəfindən bölünməsinin qarşısını almaq istəyir”

“Türkiyə Suriyada haqqın və ədalətin bərpa olunmasını istəyir.Türkiyə bir çox başqa dövlətlətin əksinə suriyalıların əziyyət çəkməyini istəməyib. Türkiyə tarixi qonşuluq meyarlarından irəli gələrək suriyalılara öz sərhəd qapılarını açdı. Onlara uzun illər boyunca öz ölkəsində sahib çıxdı. Türkiyə Suriyada vətəndaş müharibəsinin qarşısını almaq, xalqın ağrı-acısını azaltmaq üçün son dövrlərində Bəşər Əsədə danışıqlar təklifi irəli sürdü. Əsəd rejimi bütün bu təklifləri geri çevirdi. Havadarlarının diqtəsi ilə Suriyadakı xalqlar cəhənnəmini daha dərinləşdirəcəyini düşünürdü. Artıq Əsəd rejimi mövcud deyil”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib:

“Türkiyə Suriyanın təbii sərvətlərinin neo-imperialist qüvvələr tərəfindən bölünməsinin qarşısını almaq istəyir. Türkiyə açıq şəkildə vurğulayır ki, Suriyanı bölmək siyasətinin qarşısında hər zaman əngəlləyici qüvvə olacaq. Türkiyə istəyir ki, onun qonşusu olan Suriyada ərazilərinə qarşı terrorçuluq fəaliyyəti göstərən PYD və YPG at oynatmasın”. 

O bildirib ki, bu gün Türkiyəyə qarşı mövqedə dayanan qüvvələr Suriyada terror təşkilatlarının varlığını davam etdirməsinə çalışırlar:

“Hesab edirəm ki, Suriyada yeni qurulacaq hökumət Türkiyənin tarixi qonşuluq rolunu, siyasi əhəmiyyətini, Suriya xalqına sahib çıxmağını dəyələndirməyi bacaracaq”.

Əfsanə Kamal
Demokrat.az
Избранный
25
demokrat.az

1Источники