RU

“Gürcü Arzusu” Rusiyanın xeyrinə heç nə etməyib – XİN rəhbəri

“Gürcü Arzusu” pariyası artıq 12 ildir hakimiyyətdədir və bu dövrdə hökumətin Rusiyanın xeyrinə nəsə etməsi ilə bağlı heç kəs nəsə tapa bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Euronews” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər kimsə kiminsə haqqında asanlıqla mənfi təəssürat yaratmaq istəyirsə, onun Rusiya və ya Putinin tərəfdarı olduğunu iddia etmək daha asandır.

XİN rəhbəri bildirib ki, Gürcüstan Avropa İttifaqına inteqrasiya prosesini dayandırmayıb.

“Gürcüstanın Avropa İttifaqına daxil olması üzrə danışıqlar başlamayıb, çünki Aİ-nin bununla bağlı müvafiq qərarı yoxdur”, - M.Boçorişvili söyləyib.

Gürcüstandakı aksiyalara da toxunan nazir deyib ki, hər kəsin etiraz etmək hüququ var, lakin bu, dinc şəraitdə baş verməlidir.

“Təəssüflər olsun, biz bu etrazları dinc adlandıra bilmərik, çünki zorakı qruplar fişənglərlə polislərə hücumlar ediblər. Təxminən 200 polis əməkdaşı xəsarət alıb. Bəzilərinin yaraları ciddidir. Aksiyaların dinc olduğunu söyləmək çətindir”, - XİN başçısı deyib.


Müəllif: Cəmilə Babayeva
Избранный
24
1
teleqraf.com

2Источники