RU

Bu komanda da qəsdən “alt-üst” oynayır?

Eşitdiyimizə görə, Azər Bağırov Gəncədəki özəl klinikalardan birinin qapısını döyüb.

Həkimlərə müraciət edən baş məşqçi artıq əsəblərinə hakim ola bilmədiyini, arada başını divara vurmağı fikrindən keçirdiyini deyib.

Futbolçularından şikayətlənib, bezdiyini söləyib.

Olar, olar.

Bağırov havalanmayıb ki? Belə xəbər yoxdur indilik. Deməli, hələ çıxış yolu var.

Çıxış yolu ikidir.

Ya başını götürüb qaçacaq, ya da ki, Karim Lkouça kimi futbolçuları buradan qaçıracaq. STOP!

«Kəpəz»in oyunçuları oyun seçir.

AFFA «Şamaxı» ilə yanaşı, «Kəpəz»i də araşdırma siyahısına daxil eləsin. «Alt»-«üst» gedir, deyəsən, burada işlər.

Fikriniz verin, «Kəpəz» son 5-6 matçın hamısında birinci hissəni zəif keçirib. «Neftçi» ilə qarşılaşma da istisna olmadı.

Müdafiəçilər iki kobud səhv etdi, hansı ki, bunu heç Bağırovun sonbeşik oğlu da etməz.

İkinci hissədə başqa «Kəpəz» var idi. Premyer Liqada qalmağa iddialı komanda kimi mübarizə apardılar.

Orxan Əliyev qol da vurdu, Karim Lkouça isə hesabı bərabərləşdirmək imkanını isə son saniyələrdə dəyərləndirmədi.

Bu qarışıq oyunda 1 xal Azər Bağırov üçün əla olardı. Futbolçuları 90 dəqiqəni iki fərqli hissəyə bölərək, baş məşqçilərini sevinc hissindən məhrum elədilər.

ELNUR

Избранный
24
sportinfo.az

1Источники