RU

Ramil İsgəndərli: “Peşə birlikləri və pasyent təşkilatları səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır”

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Ramil İsgəndərli 2022-2024-cü illərdə qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşmasına dair hesabat konfransında peşə birlikləri və pasyent təşkilatlarının səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının təmin edilməsindəki vacib roluna diqqət çəkib. O bildirib ki, bu təşkilatlar səhiyyə siyasətlərinin formalaşdırılmasında iştirak edərək tibbi xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində təkliflər irəli sürür.

R.İsgəndərli qeyd edib ki, qeyri-hökumət təşkilatları, xüsusilə də pasyent təşkilatları, həm hüquqların qorunması, həm maarifləndirmə, həm də ictimai nəzarət funksiyalarını həyata keçirirlər. Bu istiqamətlərdə görülən işlər nəticəsində problemlərin daha effektiv həlli mümkündür. O, çıxışında peşə birliklərinin və patent təşkilatlarının sağlamlığın qorunması və şəffaflığın təmin edilməsində mühüm əhəmiyyətini vurğulayıb. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun 1999-cu ildə yaradıldığını və artıq 25 ildir fəaliyyət göstərdiyini bildirən Ramil İsgəndərli, Forumun əsas məqsədinin QHT-lərin potensialının artırılması, fəaliyyətlərinin koordinasiyası və əhalinin hüquqi maarifləndirilməsi olduğunu bildirib.

Sonda o, gələn il səhiyyə yönümlü QHT-lərin forumunun keçiriləcəyini və bu tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və QHT-lərin fəal iştirak edəcəyini qeyd edib. Bu əməkdaşlığın dövlət qurumları ilə uğurlu nəticələr verəcəyinə ümid etdiyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Избранный
33
qht.az

1Источники