Ukrayna Macarıstanın vasitəçiliyindən imtina edir. Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynanın Macarıstan Baş naziri Viktor Orban kimi vasitəçilərə ehtiyacı yoxdur. O, Rusiya Prezidenti Vladimir Putinə necə təzyiq edəcək? Biz ABŞ-la birbaşa əlaqə saxlamalıyıq”, - Zelenski söyləyib. Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Zelenskinin Orbanla atəşkəs barədə danışıqlardan imtina etdiyini bildirmişdi