RU

Yaşlanmanı azaltmaq üçün ƏN SADƏ YOL

Hit.az “Şəfalı bitkilər” rubrikasında cökə haqqında məlumat verir.

“Cökə meyvəsi yüksək miqdarda antioksidanlar, xüsusən flavonoidlər və vitamin C ilə zəngindir”.

Bu sözləri Hit.az-a türkə çarəçi Seymur Maksudov deyib.

Onun sözlərinə görə, bu maddələr orqanizmdə sərbəst radikallarla mübarizə aparır, yaşlanma prosesini ləngidir və hüceyrə zədələnmələrinin qarşısını alır:

“Cökə meyvəsi çox yaxşı bir vitamin C qaynağıdır. Vitamin C, immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır və dəri sağlamlığını yaxşılaşdırır. Cökə, qan təzyiqini nizamlamağa kömək edir, ürək damarlarını gücləndirir və xolesterol səviyyəsini aşağı salır. Bu da ürək-damar xəstəlikləri riskini azaldır. Cökə meyvəsinin tərkibindəki liflər həzm prosesini yaxşılaşdırmağa kömək edir. Bu, bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlikdən qorunmağa kömək edir. Cökənin antioksidan xüsusiyyətləri dərinin yaşlanmasını ləngidir və onun sağlam görünməsini təmin edir. Dəridəki qırışları azaldır və elastikliyini artırır”.

Murad

Избранный
54
hit.az

1Источники