RU

Mayotda qasırğa nəticəsində zərərçəkənlərin sayı artıb

Mayotda qasırğa nəticəsində zərərçəkənlərin sayı 1700-ə çatıb.

Korrespondent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fransanın baş naziri Fransua Bayru bildirib.

"Bu gün ölənlərin sayı 20-yə yaxındır, 200 ağır yaralı var. 1500 yaralının həyati təhlükəsi yoxdur", - hökumət başçısı deyib.

O, bu rəqəmlərin son olmadığını, ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb.

Qeyd edək ki, "Çido" qasırğası dekabrın 14-də tüğyan etməyə başlayıb. Küləyin sürəti saatda 200 kilometri ötüb.

Избранный
14
14
korrespondent.az

10Источники