Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 18-də Tbilisi vaxtı ilə saat 11:30-da Avropa Parlamentində çıxış edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.
Bildirilib ki, çıxışın əsas mövzusu Gürcüstanda keçirilən növbədənkənar prezident seçkiləri olacaq.
Qeyd edək ki, Hakim "Gürcü Arzusu" partiyasının namizədi Mixeil Kavelaşvili dekabrın 14-də keçirilən seçkilərdə Gürcüstanın altıncı prezidenti seçilib.
Seçkilərdə yalnız bir namizəd - hakim partiyanın irəli sürdüyü Mixail Kavelaşvili iştirak edib. Müxalifət isə parlament seçkilərinin nəticələrini tanımadığı üçün prezident seçkilərinə də namizəd irəli sürməyib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта