RU

ARAS sistemi vasitəsilə fiziki yoxlamalar 20 faiz azalıb -Dövlət Gömrük Komitəsi

Son bir il ərzində Avtomatlaşdırılmış Risk Təhlili Sisteminin (ARAS) tətbiqi nəticəsində orta sərhədkeçmə vaxtı 58 faiz, rəsmiləşdirmə müddəti 15 faiz, fiziki yoxlamaların sayı isə 20 faiz azalıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.

“2023-cü ildə ARAS sisteminin tətbiqi alətlərin daha effektiv istifadəsinə imkan yaradıb. Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxt azaldılıb, daşımalar üzrə xərclər minimuma endirilib və bu, gömrük qanunvericiliyinə əməl edən xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühiti yaradır”, - deyə o vurğulayıb.

Избранный
36
1
fins.az

2Источники