RU

Kanada sərhəddə təhlükəsizliyi gücləndirmək üçün 900 milyon dollardan şox xərcləyəcək

Kanada hakimiyyəti ABŞ-la sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün 1,3 milyard Kanada dolları (900 milyon dollardan bir qədər çox) xərcləmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata görə, Kanadanın İctimai Təhlükəsizlik Naziri və Maliyyə Nazirliyinin yeni rəhbəri Dominik Leblanç bu planın təfərrüatlarını çərşənbə axşamı elan edə bilər.
Telekanal qeyd edir ki, bu tədbirlər Ottavanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı sakitləşdirmək cəhdidir. O, Kanada sərhədində kifayət qədər təhlükəsizlik tədbirləri görülmədiyinə görə Kanadadan gələn mallara yüksək rüsumlar tətbiq etməklə hədələyir.

Bununla belə, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.
 Ottava artıq Trampın bu planı həyata keçərsə, Vaşinqtona sərt cavab verəcəyini vəd edib.

Избранный
10
4
ucnoqta.az

9Источники