RU

Bu peşə sahiblərinin Alzheymerə tutulma riski daha azdır

Alimlər taksi və təcili yardım sürücülərinin davamlı olaraq marşrut hesablamaları aparmalarının Alzheymer xəstəliyinə qarşı qoruyucu təsir göstərdiyini müəyyən ediblər.

Bakupost.az xəbər verir ki, Harvard Universitetinin apardığı araşdırmada taksi sürücülərinin Alzheymerdən ölüm nisbətinin ölkə üzrə orta göstəricidən xeyli aşağı olduğu aşkarlanıb.

ABŞ-da aparılan araşdırmada ölüm qeydlərinin təhlili nəticəsində taksi sürücülərinin Alzeymerdən ölüm nisbəti 1.03 faiz təşkil edib. Bu rəqəm ölkə üzrə 3.9 faiz olan orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır. Təcili yardım sürücülərində isə bu göstərici daha da aşağıdır - cəmi 0.74 faiz.

Rəhman Mirzəlizadə, BakuPost
Избранный
25
2
bakupost.az

3Источники