Ətraflı
Ad - 00:20
Şahid Günay Ağakişiyeva bildirib ki, onun hadisələrdən xəbəri olmayıb. O, Biləsuvar rayonunda qaçqın və məcburi köçkünlər üçün yaradılmış Cəbrayıl şəhərciyində yaşayır. Şahidin həyat yoldaşı M.İbrahimov təqsirləndirilən şəxslə birliktə ona əlillik düzəltməklə bağlı razılaşıblar: "Yoldaşım bir gün dedi ki, mənim adıma əlillik pensiyası yazılıb və o, onu istifadə edir. Lakin, mənim heç hir xəstəliyim olmayıb və ya müayinədən keçməmişəm. Məbləğin nə qədər olduğunu və neçə ay pensiya aldığımı bilmirəm".
Təqsirləndirilən şəxs etiraz edərək söyləyib ki, o, şahidi tanımır. Ümumi qaçqınlara yardım edib, amma siyahıda xanımın adını xatırlamır: "Öncəki adı Aygün olan Dəniz Əsədovanı Bağırovun qəbuluna göndərdim. Ona dedim ki, Bağırovdan xahiş etsin ki, əgər imkan olarsa, qaçqınların adlarına əlillik yazarsız. Amma şahidin o siyahıda olub-olmadığını bilmirəm".
Digər şahid Mobil İbrahimov öncəki şahidin həyat yoldaşıdır. O, bildirib ki, Mehdiyev adlı şəxsə 150 manat pul verib və əlillik pensiyası ilə bağlı kart alıb. Daha sorna həmin məbləğə əlavə 4000 manat da verəcəkmiş: "Mən o 4000 manatı ödəmədim. Yoldaşımın adına alınan pulu isə geri qaytarmışam".
Şahid Vüsalə Sadıqova bildirib ki, Laçın rayon Mərkəzi Xəstəxanasında çalışıb: "Öncələr qeydiyyatçı çalışmışam. 2017-2018-ci illərdə xəstəxanın məlumatları bazaya mən daxil edirdim. Daha sonra tuttuduğum vəzifə dəyişdi. Biz komissiyadan sonra xəstələrin kartlarını alıb sistemə vururduq. Bunu bizə ya həkimlər, ya da digəriləri tapşırırdı. Mənim əsas işim həkim rəyini sistemə yerləşdirmək olub. Məndən öncə bu vəzifədə Aygün (Dəniz Əsədova) adlı xanım çalışıb".
Şahid Azər Bəhlulov deyib ki, maddi vəziyyəti yaxşı olmadığı üçün tanışı ona pensiya yazdırıb: "Milli qəhrəman Əliyar Əliyevin bacısı oğluyam. Tanışım İlqar adlı şəxs mənə dedi ki, sənin dayın mənə çox kömək edib. Mən də sənə pensiya yazdıracam. Aylar keçdikdən sonra mənə kart verdi ki, buradan pensiya alarsız. İmkan olandan sonra 3000 verərsiz. Öyrəndim ki, həmin tanışım mənim yerimə ödəyib. Sonra mən ona 3 min manatı ödədim. Pensiya yoldaşımın adına olub. Heç neçənci qrup əlillik yazıldığını da bilməmişəm. 5 il müddətində pensiya almışıq. Həmin məbləği imkan olmadığı üçün qaytarmamışıq".
Şahid Fəxriyyə Zəkirova orada təmizlikçi olaraq vəzifəsi tutub, lakin operator vəzifəsində çalışıb: "Ştat olmadığı üçün adım təmizlikçi kimi gedirdi. Özüm isə operator vəzifəsində çalışmışam. Mınş gətirilən sənədləri sistemə vurmaqla məşğul olmuşam. Həkim komissiyasının rəyi olmadan sistemə heç nə daxil etmirdik. Əsas sənəd o sayılırdı. Mənə nə verilib, onu da yazmışam".
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Şahid Elnarə Salahova bildirib ki, o öncədən 31 saylı birləşmiş şəhər xəstəxanasında nevropotoloq çalışıb. O da komissiyada çalışıb. O, xəstələri müayinə edib, forma 88 yolu ilə əlillik yazılırdı: "Həmin əlillik müayinə əsasında yazılırdı. Kartlara da yazılırdı. Öncələr yalnızca sədr kartları imzalayırdı. Elektron imza isə operatorlarda olurdu. Bəzi şəxsləri müayinə etmədən əlillik sənədlərini imzalamışam. Çünki baş həkim elə deyirdi. Onları mayi etməyə ehtiyac olmadığını bildirirdi".
Növbəti proses 7 yanvar tarixinə təyin edilib.
Qeyd edək ki, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttiham görə, Rauf İsfəndiyarov Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalıdığı 2016-2017-ci illərdə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.
Bundan başqa, o, aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
İstintaqla müəyyən edilib, eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək daha 136 şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1 milyon 600 manat məbləğində pul vəsaiti mənimsəyib. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərinin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.
10Источники
-
demokrat.azMüğənni Dənizin adı 1,6 milyonluq məhkəmə işində —"Əvvəl Aygün adı ilə..." ( 14076865)
-
turanpress.comBaş həkimin 1,6 milyonluq cinayət işi - "Deyirdi, müayinəyə ehtiyac yoxdur..." ( 14073313)
-
e-saglam.azKeçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub? ( 14071948)
-
yenisoz.az"Müğənni Dəniz Əsədova Aygün adı ilə xəstəxanada işləyib" - 1,6 milyonluq cinayət işi ( 14071585)
-
mia.azKeçmiş baş həkim hakim qarşısına çıxarıldı - Şahidlər elə ifadələr verdi ki... ( 14070523)
-
hurriyyet.azBaş həkimin 1,6 milyonluq cinayət işi - "Deyirdi, müayinəyə ehtiyac yoxdur..." ( 14067619)
-
heftelik.azSaxta əlillik sənədləri belə yazılırmış – Keçmiş baş həkimin məhkəməsi ( 14063977)
-
seher.mediaKeçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub? ( 14063083)
-
hakimiyyet.azKeçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub? ( 14063053)
-
oxu.azKeçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub? ( 14062957)