RU

Gürcüstan yenidən qarşdı

Tbilisidə parlament binası qarşısında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.

Publika.az TASS-a istinadla verdiyi məlumata görə, bir neçə yüz nəfər Rustaveli prospektinə toplaşaraq yolu bağlayıb. Bəzi iştirakçılar şəhərin mərkəzindən kortejlərlə parlament binasına gəliblər.

Etiraz aksiyası dinc şəraitdə davam edir və hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları görünmür. Tiflislə yanaşı, Batumi və Kutaisidə də eyni vaxtda analoji aksiyalar keçirilir.

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları noyabrın 28-dən başlayıb. İlk həftə qarşıdurmalarla yadda qalan mitinqlərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb. Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdiyi halda, etirazçılar pirotexniki vasitələrlə cavab veriblər.

Избранный
14
publika.az

1Источники