RU

AFFA İK-nin iclası keçirildi: Santuş hesabat verdi

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Milli assosiasiyadan Sitat.info-ya verilən məlumata görə, əvvəlcə qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İlk növbədə, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun yığmanın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabatı dinlənilib. İcraiyyə Komitəsinin üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş milli komandanın gələcək perspektivləri barədə gözləntilərini bölüşüb.

Ardından AFFA-nın texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandaların seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. O, İK üzvlərinin suallarını cavablandırıb. Bu xüsusda təklif və rəylər dinlənilib, nəzərə alınıb.

İclasda AFFA-nın inkişaf strategiyası ilə bağlı son durum barədə məlumat verilib. Strategiya 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacaq.

İcraiyyə Komitəsinin iclasında digər məsələlər də müzakirə edilib.

Избранный
19
27
sitat.info

10Источники