RU

Zelenski NATO-nun baş katibi ilə görüşəcək

NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda NATO-nun mətbuat xidməti məlumat yayıb.

“17 dekabr 2024-cü il çərşənbə günü NATO-nun Baş katibi Mark Rutte Brüsseldəki rəsmi iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək”, - deyə məlumatda bildirilir.

Danışıqlardan sonra birgə təqdimat keçiriləcək. İclasın gündəliyi dəqiqləşdirilməyib.

Избранный
3
6
operativmedia.az

7Источники