RU

Madrid hava limanında radioaktiv maddə olan konteyner itib

Madrid hava limanında radioaktiv maddənin olduğu konteyner itdiyinə görə həyəcan təbili çalınıb.

Qaziler.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Dekabrın 15-də İspaniyanın Nüvə Təhlükəsizliyi Şurası (CSN) hava limanına müfəttişlər qrupu göndərib. Konteynerdə rentgen şüaları üçün istifadə olunan izotop olan selenium-75 olub.

CSN müfəttişlərinin sözlərinə görə, radioaktiv maddə təhlükəsiz daşınma qablaşdırmasında olub və insanlar üçün təhlükə yaratmayıb.

QAZİLER.AZ

Избранный
16
qaziler.az

1Источники