RU

Bu futbolçu haqda yekun qərar veriləcək

Ukrayna millisinin və "Çelsi"nin dopinq qəbul etməkdə ittiham olunan yarımmüdafiəçisi Mixail Mudriklə bağlı ilk qərar verilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, İngiltərə Futbol Assosiasiyası Mudriki müvəqqəti olaraq futboldan kənarlaşdırıb.

23 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticələnib. Onun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə isə "B" nümunəsinin nəticəsi açıqlanacaq.

Son testin nəticəsinə əsasən, futbolçu haqda yekun qərar veriləcək.

 

Избранный
4
1
ikisahil.az

7Источники