RU

İnformasiya və rabitə xidmətlərinin dəyəri 12 faizdən çox artıb

Yanvar-noyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 188,7 milyon manatlıq xidmət göstərilib.

AZƏRTAC Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, göstərilən xidmətlərin 71,9 faizi əhali sektoruna aid olub.

Bu ilin yanvar-noyabr aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 35,3 faizi və ya 1 milyard 125,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Избранный
26
1
yeniazerbaycan.com

2Источники