RU

ABŞ səlahiyyətliləri Maskı və şirkətini yoxlamağa başladılar

ABŞ federal hakimiyyət orqanları "SpaceX" və onun rəhbəri İlon Maskın məxfiliyi pozması iddiaları ilə bağlı yoxlamalar aparmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "New York Times" mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət ABŞ Hərbi Hava Qüvvələri (HHQ), Müdafiə Nazirliyinin baş müfəttişi və müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavini tərəfindən həyata keçirilən üç yoxlamadan gedir.

"SpaceX" şirkətinin və onun rəhbərinin dövlət sirrini qorumağa yönəlmiş məlumatların açıqlanması qaydalarına əməl etməsini təmin etmək üçün yoxlanılır. Nəşr qeyd edir ki, Mask və onun təşkilatı dəfələrlə federal qaydalara əməl etməyib. Məsələn, onlar xarici liderlərlə görüşlərinin bəzi təfərrüatlarını açıqlamayıblar.

Избранный
36
1
publika.az

10Источники