Ukraynaya göndərilən hərbi yardımın koordinasiya məsələsini ABŞ-ın əvəzinə NATO öz üzərinə götürüb.
Bu barədə “Reuters“ mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu addım Ukraynaya dəstək mexanizmini ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın mümkün addımlarından qorumaq üçün atılıb.