RU

Almaniyalı diplomatlar Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparıblar

Almaniya diplomatları Dəməşqdə "Həyat Təhrir əl-Şam" qruplaşmasının lideri “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara ilə danışıqlar aparıb.

“Far.Az” xəbər verir ki, bu barədə “DPA” agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Danışıqlarda əsas diqqət siyasi keçid prosesi, azlıqların və qadınların hüquqlarının müdafiəsi ilə bağlı Berlinin gözləntiləri olub. Vurğulanıb ki, təmasların məqsədi Suriyada hadisələrin dinc şəkildə inkişafını asanlaşdırmaqdır.

Məlumata görə, Dəməşqdəki danışıqlarda qruplaşmanın beynəlxalq əlaqələr üzrə nümayəndəsi və keçid hökumətinin təhsil naziri də iştirak edib. Bundan əlavə, vətəndaş cəmiyyəti və dini icmaların nümayəndələri ilə görüşlər keçirilib. Səfər çərçivəsində diplomatlardan ibarət nümayəndə heyəti Almaniyanın Dəməşqdəki səfirliyinin binası ilə də tanış olublar.

Избранный
50
far.az

1Источники