RU

Millimizə 5 qol vurdu, bu ölkədə ilin futbolçusu seçildi

İsveçdə 2024-cü ilin ən yaxşı futbolçusu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, milli komandanın və "Sportinq"in (Portuqaliya) hücumçusu Viktor Qyökereş səsvermədə hamını qabaqlayıb.

Məlumatı İsveç Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Qeyd edək ki, Qyökereşin 2024-cü ildəki uğurlu çıxışı bir çox Avropa nəhənginin diqqətini cəlb edib. Onların arasında "Mançester Yunayted, "Mançester Siti" və "Real" da var.

Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 70 milyon avrodur. 26 yaşlı hücumçu bu il "Sportinq" və İsveç yığmasında ümumilikdə 61 qol vurub.

Bu mövsüm Millətlər Liqasının İsveç - Azərbaycan matçında (6:0) 4 qolun müəllif olub. O, Bakıdakı oyunda da (1:3) penaltidən bir dəfə fərqlənə bilib.

Избранный
44
sportinfo.az

1Источники