Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib.
Hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
Dəm qazından zəhərlənən şəxslər 1985-ci il təvəllüdlü Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Gülbuta İmamverdi qızı Orucova, övladları-2019-cu il təvəllüdlü Niftalı Qabil oğlu Orucov, 2008-ci il təvəllüdlü Aysun Qabil qızı Orucova və 2016-cı il təvəllüdlü Samirə Qabil qızı Orucovadır.
Dəm qazından zəhərlənən şəxslər dərhal xəstəxanay çatdırılıb.
Hadisə araşdırılır.//Report