Bakı. Trend:
İsmayıllı polis əməkdaşlarının keçirdikləri tədbirlərləpirotexniki vasitələrin satışını təşkil edən Ş.Adıgözəlovsaxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, ona məxsusmağazadan müxtəlif növ pirotexniki və tezalışan maddələraşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci(İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və yasatılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinəyetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçünməhkəməyə göndərilib.