RU

Metroda sıxlığın səbəbi bəlli olub

Bu ilin yanvar-noyabr aylarında ölkədə sərnişin dövriyyəsi artıb. Nəqliyyat sektorunda 1650,4 milyon sərnişin daşınıb. Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 9,5 faiz artıb.

Teleqraf.com xəbər verir ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,3 faiz artıb.

Nəticədə bu rəqəm 208,6 milyon nəfər olub. Hava nəqliyyatı ilə 3690,5 min və ya 38,6 faiz çox sərnişin daşınıb.

Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.


Müəllif: Teleqraf.com
Избранный
9
teleqraf.com

1Источники