Keçmiş teleaparıcı Taker Karlson və Trampın oğlu kiçik Donald Tramp Mark Pompeonun ABŞ müdafiə departamentinin rəhbəri olmasının qarşısını almaq üçün kampaniyaya rəhbərlik ediblər.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır. Nəşrin məlumatına görə, Karlson ABŞ-ın seçilmiş prezidentini Pompeonu yeni Amerika administrasiyasına daxil etməməyə inandıraraq, sonuncunun Culian Assancı öldürmək üçün təşkil edilən sui-qəsddə əli olduğunu deyib.
Bundan əlavə, qəzet yazır ki, Karlson Pompeonu “müharibə qızışdırıcısı” adlandırıb.