RU

Bu gün SİZdəyik!

TƏBİB-in təşkilatçılığı ilə bu gün səhər saatlarından etibarən Bakı şəhərində “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” (SİZ-2024) öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki, gün ərzində davam edəcək tədbirdə dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanların müzakirəsi nəzərdə tutulur.

Azərbaycanda yeni səhiyyə erasına həsr edilən və “Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunan SİZ-2024 iki panel, üç sessiyadan ibarətdir və panellər resursların effektiv idarəedilməsi, səhiyyədə maliyyələşmə, rəqəmsallaşma və innovasiya, habelə keyfiyyətin idarəolunması, korporativ idarəetmə, tibdə həkim və pasiyent hüquqları, Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, eyni zamanda iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər mövzularını özündə ehtiva edir. 

Qeyd edək ki, tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin, kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
20
ikisahil.az

1Источники