ABŞ r Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general İqor Kirillov və köməkçisinin qətlində əli olmadığıni bildirib.
Azpost.info bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
O ABŞ-ın bu hadisələrdən xəbəri olmadığını və bu hadisələrdə iştirak etmədiyini bildirib.
“Mənim bu partlayışla bağlı heç bir fərziyyəm yoxdur. ABŞ hadisələrdən xəbərsizdir və iştirak etməyib. Bu, bizim özəl olduğumuz bir şey deyil. Görünür, o, bir sıra vəhşiliklərdə iştirak etmiş general idi. O, Ukrayna hərbçilərinə qarşı kimyəvi silahdan istifadədə iştirak edib”, – Miller bildirib.
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi dünən Moskvada partlayış nəticəsində ölüb.
Moskva bunu terror aktı olduğunu bəyan edib.